Unai Emeri Avroliqa zəfərini şərh etdi
"Sevilya" klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasının finalında qalib gəldikləri "Benfika" ilə oyunu şərh edib.

"Marca" qəzetinə danışan təcrübəli mütəxəssis qələbəni ailəsinə və dostlarına həsr etdiyini bildirib:

"Sevilya" və "Benfika" finalda oynamağa layiq idi. Matçın sonlarına doğru oyunumuzda bir qədər eniş oldu. Bu, əsasən yorğunluqla bağlı idi. Ancaq komandamı buna hazırlamışdım. Qələbəni ailəmə, dostlarıma və məşqçilər korpusuna həsr edirəm. Turnirdə çətin günlər keçirən yeganə komanda idik. Daha güclü komanda olmağımız üçün səbr etməliyik. Hazırda komandada fiziki və psixoloji cəhətdən yorğunluq hiss olunur".

Qeyd edək ki, finalda "Benfika"nı penaltilər seriyasında üstələyən (4:2) "Sevilya" Avroliqanın qalibi olub.

Xəbər 830 dəfə oxundu.