"Bavariya" "Barselona"ya rəqib oldu
"Çelsi" klubunun müdafiəçisi David Luizə təkliflər gəlməkdə davam edir.

"Barselona"nın ardından "Bavariya" da braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Münhen təmsilçisi Luizin keçidi üçün "Çelsi"yə 25 milyon avro təklif edib. Lakin futbolçu gələcək karyerası ilə bağlı qərarını Braziliyada keçiriləcək dünya çempionatından sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, cari mövsüm "Çelsi"nin heyətində 27 oyuna çıxan David Luiz 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 846 dəfə oxundu.