"Arsenal"dan Benzemaya 30 milyon funt
Yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdıran "Arsenal" klubu növbəti transfer hədəfini açıqlayıb.

London təmsilçisi "Real" (Madrid) klubunun hücumçusu Kərim Benzemaya "elçi" düşüb.

"Topçular" fransız futbolçunun transferi üçün qarşı tərəfə 30 milyon funt təklif edib. Lakin "kral klubu" hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. "Real"ın Benzema ilə bağlı qərarını "DÇ-2014"dən sonra açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Benzemanın "Real"la müqaviləsi gələn ilin iyun ayında başa çatacaq.

Xəbər 892 dəfə oxundu.