Canluka Zambrotta Bakıya gəlir
Mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqlarından biri məlum olub.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,
"Yuventus", "Milan", "Barselona" klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Avropa çempionatında gümüş, 2006-cı ildə isə dünya çempionatının qızıl medalını qazanmış futbolçu Canluka Zambrotta mərasimə forumun səfiri kimi iştirak edəcək.

Qeyd edək ki, Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.

Abşeron Marriott otelin Şərq zalında keçiriləcək forum mayın 19-da, saat 10:00-da başlayacaq.

Xəbər 904 dəfə oxundu.