"Benfika" lənətdən qurtula bilmir
"Benfika" klubu yenə də Avropa Liqasının kubokunu qazana bilməyib.

Portuqaliya təmsilçisi final oyununda "Sevilya"ya penaltilər seriyasında 2:4 hesabı ilə məğlub olaraq kubok həsrətinə son qoya bilməyib.

1962-ci ildən üzü bəri Avropa kuboklarını qazana bilməyən "Benfika" komandanın sabiq baş məşqçisi Bela Quttmanın lənətindən hələ də qurtula bilmir.

Xatırladaq ki, Quttmann "Benfika"ya 1961-ci ildə "Barselona", 1962-ci ildə "Real"la matçlarda avrokubok qazandırdıqdan sonra klub rəhbərliyindən əlavə pul tələb edib. Ancaq onun istəyi rədd olunub. Bundan sonra macar mütəxəssislə klub arasında problemlər yaşanıb.

Komandadan ayrılandan sonra isə məşqçi "Benfika" bundan sonra 100 il də Avropada çempion ola bilməyəcək" - deyərək "Benfika"nı lənətləyib.

Artıq ard-arda ikinci mövsümdür ki, "Benfika" finalda uduzaraq istəyinə nail ola bilmir.

Xəbər 954 dəfə oxundu.