Kaxaber Sxadadze daha iki idmanşçı istəyir
"İnter" komandası daha 4 futbolçu - Georgi Lomaya, Arif Daşdəmirov, Baçana Sxadadze və Laşa Salukvadze ilə müqavilə müddətini uzadıb.

Kaxaber Sxadadze hazırkı heyətini daha iki futbolçu ilə gücləndirmək istəyir. Onlarla danışıq gedir. Ancaq hələlik həmin idmanşçıların adları açıqlanmır.

Qeyd edək ki, "İnter" iyunun 1-də Türkiyənin Kartəpə bölgəsində biraraya gələcək.

Xəbər 811 dəfə oxundu.