Atletika üzrə rayon tuniri keçirilib
Mayın 9-da Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş Astara H.Əliyev prospektində qızlar ( 1500 m) və oğlanlar (3000 m) arasında rayon turniri keçirilib.

120 idmançının iştirakı ilə keçirilən yarışda qızlar arasında 1500 metr məsafəyə kross qaçışında birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Mahirə Şahanzadə ( Səncərədi kənd), Gülanə Səmədzadə ( Artupa kənd) və Fatimə Əbülfəzzadə (Artupa kənd tam orta məktəb), oğlanlar arasında 3000 metr məsafəyə kross qaçışında İlham Sadıqzadə (Artupa kənd tam orta məktəb), Orxan Cabbarov (Artupa kənd), Elton Məmmədzadə ( Təngərüd kənd), layiq görülüb.

Fəxri yerləri qazanan idmançılar Rayon Gənclər və İdman idarəsinin diplom, medal və hədiyyələrinə layiq görülüblər.

Xəbər 3588 dəfə oxundu.