Azərbaycan güləşçiləri Qazaxstan, Belarus və Dağıstanla birgə TMT-da
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız Dağıstanın Mahaçqala şəhərində növbəti təlim-məşq toplanışında iştirak edir. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya 14 güləşçimiz yollanıb.

Mayın 23-dək davam edəcək təlim-məşq toplanışında Azərbaycan güləşçiləri ilə yanaşı, Qazaxstan, Belarus və Dağıstan komandalarının üzvləri də iştirak edir.

Təlim-məşq toplanışından sonra güləşçilərimiz 24-25 may tarixlərində Mahaçqalada keçiriləcək Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

Xəbər 1131 dəfə oxundu.