Voleybol hakimləri təsdiq olundular

Qadınlar arasında növbəti Azərbaycan çempionatının Super Liqa yarışlarının start götürməsi ilə əlaqədar, Azərbaycan Voleybol Federasiyasında (AVF) hakimlərin iclası keçirilib. AVF-in vitse-prezidenti, Hakimlər Kollegiyasının sədri Vaqif Əliyevin idarə etdiyi toplantıda ilk olaraq oktyabr ayında keçirilən referilərin respublika seminarı barəsində danışılıb. Yığıncaqdan sonra bu il ölkə çempinatını idarə edəcək hakimləri təyin etmək üçün test imtahanları veriblər. Nəticələrinə görə Azərbaycan çempionatının hakimləri təsdiq olunublar.
Qeyd edək ki, Super Liqaya noyabrın 26-da «Lokomotiv-Biləcəri» - «Rabitə» matçı ilə start veriləcək.

I və II hakimlər

Eldar Züfüqarov (b.d.h)
Selin Konstantin (b.d.h)
Vüqar Cəfərov (b.d.h)
Səbuhi Əliyev
Ceyhun İsmayılov
Murad Abdurahmanzadə
Zaur Hacıyev
Rüstəm Cəfərov
Fuad Əliyev
Fuad Ağayev
Dilqəm Qəhrəmanov
İftixar Abdullayev
Ruhinq Xəlilov

Xəbər 1108 dəfə oxundu.