Mourinyo 12 ildən sonra
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 12 ildən sonra mövsümü kuboksuz başa vurub.

Portuqaliyalı mütəxəssis 2002-ci ildən indiyə kimi hər mövsüm ən azı bir kubok qazanmışdı.

Mourinyo "Portu" ilə 2002-2004, ilk dəfə "Çelsi"ni çalışdırdığı dönəmdə 2004-2007, "İnter"lə 2008-2010, "Real"la isə 2010-2013-ci illərdə hər il uğur əldə etmişdi.

Ancaq təcrübəli mütəxəssis bu il yenidən çalışdığı "Çelsi" ilə heç bir kubok qazanmayaraq məşqçi karyerasının ən uğursuz mövsümlərindən birini keçirib.

Xəbər 781 dəfə oxundu.