Azərbaycanın U-21 komandasının təlim-məşq toplanışı keçiriləcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bakıda Norveç komandası ilə qarşılaşacaq Azərbaycan yığması təlim-məşq toplanışı keçirəcəkdir.

Mayın 21-dən iyunun 1-dək paytaxtda keçiriləcək toplanışa Tərlan Quliyev, Elşən Abdullayev, Elvin Bədəlov, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Samir Məsimov (hamısı “Neftçi”), Rəhman Hacıyev, Bəxtiyar Həsənalızadə, Andriy Popoviç, Şahrudin Maqomedaliyev, Maqomed Kurbanov (hamısı “Sumqayıt”), Orxan Sadıqlı, Slavik Alxasov, Ağabala Ramazanov (hər üçü “Xəzər-Lənkaran”), Namiq Ələsgərov, Tural Qürbətov (hər ikisi “Bakı”), Abdulla Abasiyev, Azər Salahlı (hər ikisi “İnter”), Qara Qarayev (“Qarabağ”), Ürfan Abbasov (“Qəbələ”), Rəşad Eyyubov “(Simurq”), Tural Hümbətov (“Araz-Naxçıvan”), Taşkın İlter (“Eintracht Braunschweig” Almaniya) və Umut Sonmez (FC “Memmingen” Almaniya) dəvət olunmuşlar.

Qeyd edək ki, T.Quliyev, E.Abdullayev, E.Bədəlov, M.Seyidov, S.Məsimov və Ü.Abbasov komandaya mayın 23-də, T.İlter və U.Sonmez mayın 25-də, E.Yunuszadə, Q.Qarayev və A.Abasiyev isə mayın 29-da qoşulacaqlar.

Xəbər 831 dəfə oxundu.