Nizami Paşayev Azərbaycan millisinin baş məşqçisi oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisinin adı məlum olub. idman.com.az saytının məlumatına görə, kişilərdən ibarət yığmanı ölkənin tanınmış atleti Nizami Paşayev çalışdıracaq.
Bunu extratime.az saytına açıqlamasında Azərbaycan Agır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov açıqlayıb. O, bildirib ki, qurumun İcraiyyə Komitəsinin yığıncağında belə qərara alınıb.
Federasiya rəsmisinin sözlərinə görə yığmada 2 baş məşqçi olacaq. Paşayev yerli idmançılara, Zlatan Vanev isə milliləşən bolqarlara cavabdehlik daşıyacaq. Hər 2 baş məşqçi eyni səlahiyyətə malik olacaq. Lakin Əsgərov yaxın zamanda onlardan birinin milliyə yeganə rəhbər təyin olunacağını da istisna etməyib.

Xəbər 1235 dəfə oxundu.