Hummels "Mançester Yunayted"in təklifindən imtina etdi
"Mançester Yunayted"dən ayrılmaq qərarı verən Rio Ferdinanda əvəzləyici tapılıb.

Mançester təmsilçisi "Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummelsi transfer etməyi planlaşdırır.

Artıq "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun transferi üçün "Borussiya"ya rəsmi təklif göndərib. Lakin almaniyalı futbolçu Dortmund klubunda qalmaq istədiyini bildirərək təklifi rədd edib.

Qeyd edək ki, Hummelslə "Barselona" və "Yuventus" klubları da yaxından maraqlanır.

Xəbər 908 dəfə oxundu.