Neymar gələcək karyerasından danışdı
"Barselona" klubunun futbolçusu Neymar gələcək karyerası haqda danışıb.

Braziliyalı futbolçu karyerasını "Santos"da başa vurmaq istədiyini bildirib.

"Məlum olan bir şey var ki, mən karyeramı "Barselona"da deyil, "Santos"da başa vurmağı düşünürəm. Daha öncə Braziliyanın digər klublarında da oynaya bilərdim. Ancaq mən "Santos"u seçdim. Bu komandadan pul üçün ayrılmadım. Artıq yeni çempionatda, Çempionlar Liqasında oynamaq, böyümək və yeni dil öyrənmək istəyirdim. Məhz bunlar məni Avropada oynamağa motivasiya edirdi".

Qeyd edək ki, Neymar cari mövsüm "Barselona"da keçirdiyi 40 oyunda 15 qola imza atıb.

Xəbər 916 dəfə oxundu.