Mustafa Dənizli fikrini qətiləşdirdi
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli fikrini qətiləşdirib. Məşhur məşqçi Azərbaycan yığmasının və “Rubin”in futbolçusu Ruslan Abəşovu nəyin bahasına olursa olsun sərəncamında görmək istəyir. Dənizli hesab edir ki, “Rubin”də əsas heyətə düşməkdə çətinlik çəkən mərkəz müdafiəçisi “Xəzər Lənkəran”ı gücləndirə bilər. Artıq bu məsələdən klub rəhbərliyi, eləcə də Ruslanın özü də halidir.

Amma Abışov getdiyi yerə qayıtmaq istəmir. Abışovun məqsədi ilk növbədə Rusiya və Türkiyə variantlarını nəzərdən keçirməkdir. Qeyd edək ki, Ruslan Abışovu gətirmək istəyən komanda ilk növbədə “Rubin”lə razılaşmalıdır.
Məsələ burasındadır ki, Abışovun “Rubin”lə müqaviləsi qüvvədədir.

Xəbər 791 dəfə oxundu.