Barselona Messiyə ildə 20 milyon avro ödəməyə razılıq verdi
"Barselona" rəhbərliyi Lionel Messi ilə yeni müqavilə ilə bağlı razılığı əldə edib. İspaniya mətbuatının məlumatına görə, tərəflər yalnız kiçik maliyyə detallarını həll etməlidirlər. Yaxın günlərdə müqavilə rəsmən imzalanacaq. Barselona Messiyə ildə 20 milyon avro məvacib ödəməyə razılıq verib. Bundan əlavə komandanın nəticələrindən asılı olaraq argentinalı futbolçu ildə daha 3 milyon əlavə qazana bilər.Yeni müqavilənin müddəti isə 2019-cu ilə qədər nəzərdə tutulacaq.

Xəbər 783 dəfə oxundu.