"Çelsi" "Atletiko" ilə razılığa gəldi
"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyonun israrı nəticəsiz qalmayıb.

Braziliya əsilli ispan futbolçunun keçidi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. London təmsilçisi bu transfer üçün "Atletiko"ya 32 milyon funt ödəyəcək.

Qeyd edək ki, bu mövsüm keçirdiyi 47 oyunda 35 qol vuran Kosta "Atletiko"nun həm Çempionlar Liqası, həm də İspaniya La Liqasında uğurlu çıxışında böyük rol oynayıb.

Xəbər 842 dəfə oxundu.