"Malaqa"nın baş məşqçisi ilə yolları ayrılır
Bernd Şuster cari mövsüm başa çatdıqdan sonra "Malaqa"dan ayrılacağını açıqlayıb.

Alman çalışdırıcı öz ölkəsindən təklif aldığını söyləyib.

Onun "Ayntraxt"la (Frankfurt) müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, bu mövsümün əvvəlində "Malaqa" ilə 5 illik müqavilə imzalayan Şusterin sözləşməsində komandanın La Liqada ilk 10-a girməyəcəyi təqdirdə klubdan ayrıla biləcəyi ilə bağlı maddə var.

Əlavə edək ki, "Malaqa" La Liqada 13-cü pillədədir.

Xəbər 945 dəfə oxundu.