Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışında /HEYƏT
2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız may ayının 10-dan Dağıstanın Mahaçqala şəhərində növbəti təlim-məşq toplanışında iştirak edir. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya 14 güləşçimiz yollanıb.

Heyətdə Yaşar Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 57 kq), Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Həmzət Osmanov, İbrahim Yusubov (hər ikisi 86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq), Cəmaləddin Məhəmmədov və Aslan Dzebişov (hər ikisi 125 kq) yer alıb.

Təlim-məşq toplanışı mayın 23-dək davam edəcək.

Xəbər 841 dəfə oxundu.