Premyer Liqamızın ən yaxşıları | |
Azərbaycan Premyer Liqasında 34-cü turun ən yaxşı futbolçuları müəyyənləşib. İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi yığmasına aşağıda adları qeyd olunan futbolçular daxil olub: Qapıçı – Səlahət Ağayev ("İnter") Müdafiəçilər – Bruno Bertuççi ("Neftçi"), Rəşad Sadıqov ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Maksim Medvedev ("Qarabağ") Yarımmüdafiəçilər – Reynaldo Silva ("Qarabağ"), Derlis Meza Kolli ("İnter"), Marinaldo da Silva ("Qarabağ"), Sadio Tounkara ("Xəzər Lənkəran") Hücumçular – Etame Mbilla ("Xəzər Lənkəran"), Baçana Sxadadze ("İnter"). Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Silvadır. |
|
Xəbər 794 dəfə oxundu. |
|
|