Mini futbol üzrə rayon birinciliyi keçirilib
7-9 may tarixlərdə Daşkəsən Filiz Saflaşdırma ASC-nin mini futbol meydançasında Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

10 komanda, 85 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub.

Gərgin keçən mübarizədən sonra birinci yerə Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəb, ikinciyə A.Mürsəlov adına 2 saylı tam orta məktəb, üçüncüyə R.Qafarov adına Alunitdağ qəsəbə tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalar Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla təltif olunub.

Xəbər 974 dəfə oxundu.