Futbol üzrə rayon kuboku başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında aprelin 22-də start götürmüş futbol üzrə rayon kuboku başa çatıb.

Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən şəhər stadionunda təşkil olunan yarışlarda rayon ümumtəhsil məktəblərinin 12 komandası iştirak edib. Rayon kubokunun keçirilməsi futbol idman növünün rayonda inkişaf etdirilməsi, yeniyetmələrin futbola maraqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği və perspektivli futbolçuların aşkar edilməsi məqsədi daşıyıb.

Oyunlara qatılan komandalar 4 yarımqrupda mübarizə aparıblar. Mayın 10-da baş tutan final oyununda Eynibulaq kənd, şəhər 3 saylı tam orta məktəbin komandasına 3:2 hesabı ilə qalib gələrək rayon kubokunun qalibi olub.

Sonda birinci və ikinci yerləri tutmuş komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal və fəxri-fərmanlarla mükafatlandırılıblar.

Xəbər 1040 dəfə oxundu.