Güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə gedəcək
25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.

Olimpiya Oyunlarında yeniyetmə qızlar 46, 52, 60 və 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaq. FİLA qaydalarına əsasən, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında güləşçilərimiz yetərli sayda lisenziyalar qazanıb və Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak edəcək.

Belə ki, güləşçilərimiz sərbəst növ üzrə 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya əldə edib.

Xəbər 971 dəfə oxundu.