Heydər Əliyev kubokunda 12 komanda mübarizə aparır
Bakı Olıimpiya İdman Kompleksində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks turniri davam edir. Yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparır. Turnirdə milli komandamızla yanaşı, Fransa, Finlandiya, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya, Latviya və Macarıstan boksçuları mübarizə aparır. 13 çəki dərəcəsi üzrə keçirilən yarışda komandamız geniş tərkibli heyətlə çıxış edir. Final döyüşləri mayın 14-də saat 14:00-da başlayacaq. Qeyd edək ki, seçmə komandamız sentyabrda Rusiyada keçiriləcək Avropa birinciliyinə hazırlaşır.

Xəbər 804 dəfə oxundu.