Samboçularımız Rumıniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Mayın 14-dən 19-dək Rumıniyanın Buxarest şəhərində sambo və döyüş sambosu üzrə Avropa çempionatı keçiriləcək.

Çempionatda Azərbaycan millisi də mübarizə aparacaq.

Artıq millimizin heyəti açıqlanmışdır. Sambo yarışlarında ölkəmizi Ağasif Səmədov (52 kq), İslam Qasumov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Ceyhun Hüseynov (82 kq), Murad Rəcəbli (90 kq) və Xaliq Cəfərli (100 kq) təmsil edəcəklər.

Döyüş sambosu yarışlarında isə millimizin heyətində Fərid Yusifov (52 kq), Elvar Osmanov (57 kq) və Fərid Əliyev (82 kq) mübarizə aparacaqlar.

Çempionatda ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcəkdir.

Xəbər 880 dəfə oxundu.