Ukraynada çempion bəlli oldu
Ukrayna çempionatının 27-ci turunda "Zarya"nı 3:1 hesabıyla məğlub edən "Şaxtyor" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Donetsk klubu 9-cu dəfə ölkə birinciliyinin qızıl medallarını təmin edib. Mirça Luçeskunun komandası hazırda 62 xalla turnir cədvəlinin lideridir. İkinci pillədə olan "Dnepr" ən yaxşı halda çempionatının sonuna qədər 59 xal toplaya biləcək.

Əlavə edək ki, "Şaxtyor" ardıcıl 5-ci dəfədir Ukrayna çempionu olur.

Xəbər 773 dəfə oxundu.