Maksim Averin: Belə çıxış edəcəyimi gözləmirdim
“Synerji Baku” komandasının təcrübəli üzvü Maksim Averin “Tour de Azerbaidjan-2014” veloturunu dəyərləndirdi. İdman.com.az saytına açıqlamasında, milli komandamızın sprinteri çıxışından razı qalmadığı dedi:

“Özüm də bilmədim neyə belə alındı. İlk mərhələdə 4-cü yeri tutdum. Sonra çıxışım zəif oldu. Var gücümlə çalışırdım. Amma bu cür nəticəni gözləmirdim.

Hələdə də bunu anlaya bilmirəm. Allah qoysa, gələn yarışda bir ay öncə Azərbaycana gələcəyəm. Bütün marşrutu daha yaxhı təhlil edərək, mükafatçılar sırasına duşməyə çalışacağam”.

K.HACI

Xəbər 750 dəfə oxundu.