Dünya Kubokunun püşkü atıldı
15-16 mayda İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.

Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.

Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq.

A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.

Xəbər 837 dəfə oxundu.