Sahib Ələkbərov: Velosiped zavodu bu idmanın idmanının inkişafına böyük töfhə verəcək
Bu gün İsmayıllıda velosiped zavodunun təməli qoyuldu. İdman.com.az saytı xəbər verir ki, mərasimdə AVİF-in vitse-prezidenti Sahib Ələkbərov iştirak etdi. KİV-lə söhbətdə o bildirdi ki, sənayə obyektini yerli «A+A» şirkəti və Bolqarıstanın«Draq» zavodu ilə birgə inşa edirlər:

Ölkə başçısı cənab İlham Əliyevin 2012-ci ilin avqust ayında verdiyi tapşırıqlara uyğun olaraq, yeni bir sənayə müəssəsinin tikintisinə start verildi. Bu, Azərbaycanda ilk velosiped zavodu olacaq. Bu obyekdə 100-ə yaxın işçi çalışacaq. Sözü gedən zavodda həm körpə, həm yeniyetmə, həm də böyüklərə gəzinti məqsədi və eləcə də peşəkarlara velosipedlər istehsal ediləcək. Burada geniş spektirli məhsullar ixrac olunacaq.

Bu zavordun bir əhəmiyyəti də odur ki, «Tour de Azerbaijan» veloturunda bir neçə komanda «Drak»ın istehsalı olan velosipedlərdə mübarizəya qoşulmuşdular. Tikilən qurğu beynəlxalq federasiyanın bazası kimi də hesab olunur. Çünki UCİ Estoniya paytaxtı Tallinndə keçirilmiş Assambleyada tövsiyyət etmişdir ki, klublar sözü gedən zavodun məhsullarından istifadə etsinlər.

Bizim məhsullar gələn ildən satışa çıxarılacaq. Öncə ölkə daxilində, bir neçə ildən sonra dünya bazarında Azərbaycan istehsalı olan brend velosipedləri görmək mümkün olacaq. Bu, həm də ölkəmizdə velosiped idmanının inkişafına böyük töfhə verəcək».

Kamran HACI


Xəbər 1208 dəfə oxundu.