«4-cü mərhələdə də liderliyimi qorumağa çalışacağam»
«Tour de Azerbaijan-2014» veloturunda vaxt toplamı üzrə yarışın lideri Uilyam Klark, 3-cü mərhələ barədə təəssürlarını bölüşdü. İdman.com.az saytı xəbər verir ki, «Drapak Professional Cycling» komandasının avstriyalı sprinteri mavi köynəyi son anda qoruduğunu bildirdi:

«Sıçrayış qrupundan bir az aralı olsam da, sonda lazımi sürəti yığa bildim. Sabah önəmli dağ mərhələsi olacaq. Çalışacağam ki, həmin raunda da liderliyimi qoruyum».

Xəbər 866 dəfə oxundu.