Yusif Regigi: Azərbaycanı özünə xoşbəxt ölkə sayıram
«Azərbaycan mənə tanış ölkədir. 2 il öncə burada keçirilmiş 23 yaşlı velosipedçilər arasında beynəlxalq turnidə iştirak edib, sonda qalib adını qazanmışdım». İdman.com.az saytı xəbər verir ki, bunu «Tour de Azerbaijan-2014» veloturunun 3-cü mərhələsininə qalibi Yusif Regigi dedi.

Əlcazairli sprinter, ötən dəfə ilə müayisədə bu yarışın səviyyəsinin yüksək olduğunu qeyt etdi. Bildidi ki, Azərbaycanı özünə xoşbəxt ölkə sayır:

«Ümumən, may ayında formamın zirvəsində oluram. Yolların tanış olması, sonda burada dadıma çatdı. Sona qalmış komanda yoldaşım tövsiyyə etdi ki, tələsməyim, ancaq lazımi məqamda irəli atılım və bu zaman o mənə kömək edəcək. Sevinirəm ki, sonda hər şey uğurla bitdi».

K.HACI

Xəbər 782 dəfə oxundu.