«Tour de Azərbaijan-2014»də 3-cü mərhələnin qalibi kim oldu?
Bu gün «Tour de Azərbaijan-2014» veloturunda 3-cü mərhələ keçirildi. İdman.com.az saytı xəbər verir ki, adı çəkilən raundad paleton Qəbələdən start götürərək, Oğuz-Şəki istiqaməti üzrə hərəkət etdilər və sonra eyni yolla geri qayıtdılar. Bu yürüşdə velosipedçiler ümumilikdə 180 km məsayə qət etdilər.

Gərgin rəqabətdə qalib adını əlcazairli Yusif Regigi (MTN «Qhubeka») qazandı. Sloveniyalı Matey Mugerli (“Adria”) 2-ci oldu. O, ən yaxşı sprinter kimi yaşıl köynəyə də yiyələndi. Danimarkalı Kristian Yensen «Qrant-Şimano» 3-cü yerə çıxdı.

Uilyam Klark (“Drapak Professional Cycling”) ümumi hesabda liderlini qorudu və göy köynəyi özündə saxladı. Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç ən yaxşı dağ yürüşçüsü kimi yenə qırmızı köynəyi qazandı.

Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək bu dəfə də isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verildi.

Xəbər 808 dəfə oxundu.