Primos Roqliç: Bu, karyeramda ilk qələbədir
«Bu mərhələdə qalib oldum. Qələbə mənə əhəmiyyət kəsb edir. Karyeramda ilk dəfə mərhələdə rəqiblərimi qabaqlayırdım». Bunu «Tour de Azərbaijan-2014» veloturun 2-ci mərhələsində Sloveniyanın «Adria» komandasından ilk yeri tutmuş Primos Roqliç dedi.

Dağ keçidlərində də fərqlənərək qırmızı köynəyə sahib çıxan sprinterin sözünə görə. 1-ci dağ finişini öndə keçdikdən sonra, onda qalib gəlmək təəssuratı yarandı: «Bu raunda hava şəraiti yaxşı idi. Müəəyən ötüşmədə anladım ki, qalib olmaq imkanım var».

Xəbər 960 dəfə oxundu.