Cudo üzrə açıq rayon birinciliyi keçirilib
İmişli rayon Gənclər və İdman idarəsinin 2014-cü ilin 1-ci yarımilliyi üçün tərtib olunmuş iş planına əsasən Ümumi lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə 6-7 may tarixlərində cudo üzrə rayon birinciliyi keçirilib.

İmişli Olimpiya İdman Kompleksinin güləş zalında, 45 nəfərin iştirakı ilə keçirilən yarışda hər yaş qrupunda birinci, ikinci və üçüncü yerlərə layiq görülən idmançılar idarə tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunublar.

Xəbər 1100 dəfə oxundu.