Futbol turnirinin final mərhələsi keçirilib
Mayın 2-də"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində Binəqədi Rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə 2003-2004-cü il təvvəlüdlülər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə start verilmiş “futbol” turnirinin mayın 7-də final mərhələsi keçirilib.

Turnirdə Bakı şəhər komandaları ilə yanaşı Şirvan şəhəri və İsmayıllı rayonunun komandaları da iştirak edib. Hər birində 15 nəfər olmaqla 10 komandanın iştirak etdiyi yarışda birinci yerə Binəqədi-1, ikinciyə Binəqədi-2, üçüncüyə İsmayıllı rayonunun komandası layiq görülüblər.

Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 960 dəfə oxundu.