YAÇ-2014 üçüncü gün: 2 bürünc medal şansı /YENİLƏNİR
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.com.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub. Azərbaycan 3 çəki dərəcəsində təmsil olunur.

43 kq-da mübarizə aparan Ülkər Babayeva ilk görüşündə Rusiya güləşçisini üstələyib, ancaq yarımfinalda Ukrayna güləşçisi ilə görüşü uduzub. Bürünc medal uğrunda güləşçimiz Polşa təmsilçisi ilə qarşılaşacaq.

56 kq çəkidə Ləman Qurbanova da ilk görüşünü qələbə ilə başlayıb. Bolqarıstan təmsilçisini mübarizədən kənarlaşdıran güləşçimiz Polşalı rəqibinə uduzub. İtaliya təmsilçisi ilə təsəlliverici görüşdən üstün ayrılan Ləman Qurbanova bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Rəqib Türkiyə idmançısı olacaq.

Medal görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

43 kq
1/4 final - Ülkər Babayeva - Atanaska Ruseva (RUS) 12:2
1/2 final - Ülkər Babayeva - Yevgeniya Pavlova (UKR) 0:11
Bürünc medal görüşü - Dominika Jupoviç (POL) - Ülkər Babayeva

49 kq
1/8 final - Evelina Ciunek (POL) - Tatyana Varantsova 8:4
Təsəlliverici görüş - Tatyana Varantsova - Aleksandra Nitsenko (RUS) 0:4

56 kq
1/8 final - Neli Georgieva (BUL) - Ləman Qurbanova 5:6
1/4 final - Ləman Qurbanova - Aleksandra Volçinzska (POL) 0:10
Təsəlliverici görüş - Aurora Campagna (ITA) - Ləman Qurbanova 1:5
Bürünc medal görüşü - Ləman Qurbanova - Ayşe Vatansever (TUR)

Xəbər 926 dəfə oxundu.