Dünyanın ən varlı klubları müəyyənləşdi
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını açıqlayıb.

Siyahıya yenə də "Real" (Madrid) klubu başçılıq edir.

Madrid təmsilçisinin dəyəri 3,44 milyard dollar təşkil edib. "Barselona" 3.2 milyard dollarla ikinci, "Mançester Yunayted " klubu (2.81 milyard dollar) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyənin "Qalatasaray" klubu da ilk 20-likdə yer almağı bacarıb. "Cim Bom" 347 milyon dollarla siyahının 16-cı pilləsində qərarlaşıb.

Xəbər 866 dəfə oxundu.