Premyer Liqamızda 35-ci turun oyun cədvəli açıqlandı
Azərbaycan Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlanıb.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun bütün görüşləri eyni gündə - mayın 12-də keçiriləcək.

12 may (bazar ertəsi)

“Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu

“Neftçi” – “Ravan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Bakı” – AZAL
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“İnter” – “Qəbələ”
“Şəfa” stadionu

“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

Qeyd edək ki, bütün oyunlar saat 18:00-da başlanacaq.

Xəbər 917 dəfə oxundu.