Mini futbol üzrə rayon turniri keçirilib
30 aprel 5 may tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dətəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş mini futbol üzrə məktəblilər arasında rayon turniri keçirilib.

Hindarx qəsəbəsi mini futbol meydançasında 128 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi mini-futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinci yerə Şərəfxanlı kənd, ikinciyə Etibar İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbi, üçüncüyə Sarışalı kən tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1008 dəfə oxundu.