Çempionlar İmişlidə sürprizlə qarşılaşdılar
Azərbaycan birinci divizionunun qalibi "Araz-Naxçıvan"ın "Mil-Muğan"la oyunundan əvvəl maraqlı bir mənzərə yaşandı. Aran zonasının futbolçuları soyunub-geyinmə otağından əvvəl çıxaraq meydana girişdə üz-üzə iki cərgə düzülərək koridor yaratdılar. Daha sonra çempionlar bu koridordan rəqib oyunçuların alqışları altında keçərək meydana daxil oldular.

Xəbər 805 dəfə oxundu.