Türkiyə kubokunun qalibi bəlli oldu
Türkiyə kubokunun qalibi məlum olub. Konyada keçirilən oyunda Eskişehirsporla Qalatasaray komandaları qarşılaşıblar. İstanbul təmsilçisi 1-0 hesabı ilə qələbə qazanıb. Görüşdə yeganə qolu Uesli Sneyder vurub. Bu Hollandiyalı futbolçunun Qalatasarayın heyətində 41-ci oyunda 16-cı qoludur.

Qeyd edək ki, Roberto Mançini də Qalatasarayda ilk titulunu qazanıb.

Xəbər 792 dəfə oxundu.