Türkiyədən qələbə ilə

19-20 noyabrda Türkiyənin Bursa şəhərində qılıncoynatma üzrə II Beynəlxalq Mustafa Kamal Coşqungöz açıq qılıncoynatma turniri keçirilmişdir. 7 ölkədən, o cümlədən Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, İordaniya, Kiprdən 255 gənc idmançı turnirdə iştirak etmişdir.
Oğlanlardan 69-u şpaqa növündə yarışıb. Bu növdə iştirak edən 3 idmançımızdan 3-ü də ¼ finala çıxıb. Yarımfinala çıxmaq üçün Əliyev Kənan Məmmədov Fəridi məğlub etdi. Məmmədov Fərid 8-ci olub. Finai uğrunda qalibiyyət üçün Əliyev Kənan Məhərrəmov Nəcəfi də məğlub edib. Məhərrəmov Nəcəf 3-cü olaraq bürünc medala layiq görülüb. Finalda Kənan Türkiyə idmançısını udaraq qızıl medalın sahibi oldu.
Oğlanlar arasında sablya yarışlarında 38 idmançı arasında Cavanşir Səfərov 10-cu, Raci Həşimov 12-ci, Erol Həsənli 21-ci olub.
Qızlar arasında sablya yarışlarında 23 idmançı arasında Yekaterina Proxorova 6-cı və Fatimə İbrahimova 14-cü olub.
Qızlar arasında rapira növündə 38 idmançı arasında Məryəm Məlikova 11-ci, Nübar Məlikova 17-ci, Səbinə Yusifova 25-ci olub.
Komanda yarışlarında oğlanlar şpaqa növündə qızıl medala, sablyada isə bürünc medala layiq görülüblər. Rapirada qızlar yarımfinala çıxmaq üçün Türkiyə ilə qarşılaşıb və 45:44 hesabı ilə məğlub olaraq 5-ci yerə layiq görülüblər.

Xəbər 1386 dəfə oxundu.