"Rəvan"ın daha bir futbolçusu zədələndi
Bu gün “Simurq”u qəbul edəcək “Rəvan” klubunun daha bir aparıcı oyunçusu sıradan çıxıb. Dmitri Kruqlov, Lukaş Sapela, Elvin Həsənəliyev, Oke Akpovetanın ardından Sezar Moreyra da zədələnib. Bu barədə komandanın baş məşqçisi Güvənc Kurtar məlumat verib.
Kurtar bildirib ki, 31 yaşlı cinah oyunçusunun “Simurq”a qarşı çıxış etməyəcəyi dəqiqdir.

Xəbər 868 dəfə oxundu.