"Liverpul" Brendan Rocerslə müqaviləni yeniləyir
"Liverpul" klubunun rəhbərliyi baş məşqçi Brendan Rocersə yeni müqavilə təklif edəcək.

41 yaşlı mütəxəssislə rəhbərlik arasında ilkin razılıq əldə olunub.

Yeni müqaviləyə əsasən Rocers 2018-ci ilə qədər "Liverpul"u çalışdıracaq. Lakin təcrübəli mütəxəssis komandadakı qazancı haqda heç bir məlumat verilməyib.

Qeyd edək ki, Rocersin komandası Premyer Liqada 37 turdan sonra turnir cədvəlinə başçılıq edir. Lakin ən yaxın izləyicisi "Mançester Siti" klubu rəqibindən bir oyun az keçirib.

Xəbər 776 dəfə oxundu.