"Real" - "Atletiko" matçının hakimləri müəyyənləşdi
Çempionlar Liqasının "Real" - "Atletiko" final matçını idarə edəcək hakimlərin adları açıqlanıb.

Sözügedən oyunu hollandiyalı hakim Byorn Kupers idarə edəcək.

Onun köməkçiləri Pol van Boekel və Riçard Lisveld olacaq. Dördüncü hakim isə türk referi Cüneyt Çakır olacaq.

Qeyd edək ki, "Real" - "Atletiko" görüşü mayın 24-ü Portuqaliyada keçiriləcək.

Xəbər 810 dəfə oxundu.