Millimizin heyətində dəyişiklik edildi
Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak ("Gaziantep" BB, Türkiyə) və Pərdis Fərcad-Azad (“Sumqayıt”) heyətə dəvət edilib.

Xəbər 772 dəfə oxundu.