Qadın həndbolçularımız sevindilər

Arazın o tayında legioner həyatı yaşayan qadın həndbolçularımız Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdiyi «Samenalhojaj» klubu ölkə Superliqasında növbəti qələbəsini qazanıb. idman.com.az saytı xəbər verir ki, 2-ci turda «Zobaxan»la üz-üzə gələn Səbzivar şəhərinin təmsilçiləri güclü rəqibinə 29:22 hesabı ilə qalib gəliblər. İlk matçda olduğu kimi, bu görüşün də müqəddəratı həndbolçularımız həll ediblər. Bu barədə məlumatı əməkdaşımıza milli komandanın üzvü Səbinə Babayeva verib. Onun sözünə görə, matçlarda aparıcı qüvvəni onlar təşkil edirlər: «İranda ölkə çempionatının oyunları cümə günləri keçirilir. 1-ci turda «Məcid» klubunu 22:20 hesabı ilə məğlub etdik. Növbəti maçtda rəqib daha güclü idi. «Zobaxan» ötən mövsüm gümüş medallara sahib çıxıb. Onlara da qalib gəldiyimizə görə sevinirəm. Hər 2 qarşılaşmada oyunu çiynimizdə daşıdıq».

KAMRAN

Xəbər 1264 dəfə oxundu.