Xulen Lopategi yeni baş məşqçi təyin olundu
Xulen Lopategi "Portu"nun yeni baş məşqçisi təyin olunub.

İdman.com.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Lopategi ötən həftə İspaniyanın gənclərdən ibarət millisini tərk edib.

Qeyd edək ki, "Portu"nun baş məşqçi səlahiyyətlərini əvəzedici komandanın çalışdırıcısı Luiş Kaştro yerinə yetirirdi. O, əvvəlki işinə qayıdıb.

Xəbər 903 dəfə oxundu.