Vidal bu gün əməliyyat olunacaq
"Yuventus"un futbolçusu Artur Vidal bu gün əməliyyat olunacaq.

Uzun müddətdir sağ dizindən problemlər yaşayan yarımmüdafiəçi bıçaq altına yatacaq.

Çili yığmasının şərəfini qoruyan Vidalın bu il baş tutacaq dünya çempionatına qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Vidal A seriyasında "Roma" və "Kalyari" ilə görüşdə iştirak edə bilməyəcək.

Xəbər 851 dəfə oxundu.