“Heydər zirvəsi”nə yürüşdə kimlər iştirtak etdi?
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi şərəfinə Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə ənənəvi beynəlxalq alpinist yürüşü təşkil olunub.

Idman.com.az saytı xəbər verir ki, səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov Vergilər Nazirliyinin əməkdaşları ilə "Heydər zirvəsi”nin ənənəvi fəth olunmasında iştirak etmişlər. Federasiya prezidenti və eləcə də Vergilər Nazirliyinin əməkdaşları 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi” yüksəkliyinin fəthini müvəffəqiyyətlə həyata keçirmiş, zirvədə Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoymuş, Azərbaycanın dövlət bayrağını ucaltmışlar.

Bu yürüş Azərbaycan dövlətinin gənclərə və idmana qayğısını, həmçinin ümummilli liderin xatirəsinə hörmət və məhəbbətin təsdiqi olmuşdur. Təşkilatçılar tərəfindən keçirilmiş bu tədbirin əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdı. Eləcə də keçirilmiş tədbir “Şahdağ” qoruğunun direktoru Arzu Mustafayev tərəfindən yüksək qiymətləndirilmişdir.

Yürüşün iştirakçılarına federasiyanın sertifikatı təqdim edilib.

Sonda onu da qeyd edək ki, keçirilən tədbirə SMEF-in vitse-prezidenti Nizami Mursakulov başçılıq edir.

Xəbər 1895 dəfə oxundu.